xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Prezident: “Ermənistan ərazisindəki qədim Azərbaycan yaşayış məntəqələri öz əsl adları ilə çağırılmalıdır”

17-08-2021, 11:46 63 dəfə baxılıb

Prezident: “Ermənistan ərazisindəki qədim Azərbaycan yaşayış məntəqələri öz əsl adları ilə çağırılmalıdır”


“Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün Laçın dəhlizindən əlavə ikinci yol çəkdilər. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq, özləri üçün gediş-gəlişi daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”.

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib.

“Ermənistan ərazisində Basarkeçər rayonu 1930-cu ildə yaradılmışdır. Burada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, onlar deportasiyaya məruz qalmışdır.

Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək, ona Vardenis adı qoymuşdur. Bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə çağırılmalıdır. Məsələn, indi Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən mətbuatda izləyirəm, bizim mətbuatda yazılır ki, Ermənistanın Yerasx kəndində, onun ətrafında hansısa hadisələr baş verib. Bu kəndin adı Arazdəyəndir, azərbaycanlılar deportasiyaya qədər orada yaşayıblar. Ona görə bütün qədimi, yəni tarixi adlar bərpa edilməlidir”, - deyə dövlət başçısı qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi