xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Tahir Kərimli: "Xalq problemini sizdən yox, bizdən tələb edir"

8-06-2021, 13:21 67 dəfə baxılıb

Tahir Kərimli: "Xalq problemini sizdən yox, bizdən tələb edir"


Deputat Tahir Kərimli dövlət büdcəsinin icrasındakı çatışmazlıqlardan danışıraq büdcə xərclərinin səmərəli istifadə edilməsinin zəruriliyini dilə gətirib.

"Deputat Tahir Kərimli parlamentdə həmkarlarının korrupsiya, rüşvətxorluq, məmurların öz səlahiyyətlərini layiqincə yetirməməsi ilə bağlı qaldırdığı fikiləri təsdiqləyərək əlavə edib.

"İndi biz seçicilərlə görüşə gedəcəyik və onlar bizdən bütün problemlərinin həllini tələb edəcəklər. Biz isə onlara deməyə sözümüz yoxdur. Aciz vəziyyətdə qalırıq. Seçici probleminin həllini bizdən tələb edir, sizdən yox. Onlara biz sinə gəririk. Çünki kəndlərə getmirsiniz, əhalinin qabağına çıxmırsınız, ona görə də insanlar işi, maaşı, xəstəsinin müalicəsini bizdən tələb edir".

Deputat bildirib ki, parlamentarilər bu yükü götürür: “Amma biz burada nəsə deyəndə məmur inciyir. Elə bilir, subyektiv nəsə istəyirik. Siz çıxın xalqın qarşısına, bizə deyilənlər sizə deyilsin”.

O eyni zamanda əlavə edib ki, büdcə hazırlanarkən qarşıdakı 20-30 il nəzərə alınmalıdır: "Daha çox təhsilə diqqət yetirilməlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi