xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

XİN: “Ermənistanı zəhərli fikirlərdən imtinaya təşviq etmək lazımdır”

20-05-2021, 12:54 119 dəfə baxılıb

XİN: “Ermənistanı zəhərli fikirlərdən imtinaya təşviq etmək lazımdır”


“Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığını müşahidə edirik. Bu tendensiyanın təkcə Azərbaycana qarşı deyil, həm də erməni düşüncəsindən bir qədər fərqli fikir bildirməyə cəsarət edən hər hansı bir millət və ya qrupa qarşı yönəlməsi xüsusilə narahatlıq doğurur. Bu ölkədə nasistlərlə iş birliyi edənlərə sitayiş olunur, beynəlxalq terrorçular qəhrəmanlaşdırılır. Bu yaxınlarda Mahatma Qandi kimi dünyaca məşhur sülh və dözümlülük tərəfdarının abidəsinə qarşı anlaşılmaz tərzdə bir vandalizm aktı törədildi”.
"Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

O bildirib ki, ekstremizmin bu cür meylləri təhlükəlidir və onlar dərhal aradan qaldırılmalıdır.

L.Abdullayeva qeyd edib ki, Ermənistanı zəhərli “milli üstünlük və ərazilərin genişləndirilməsi” fikirlərindən imtinaya təşviq etmək lazımdır.

“Ermənistan, nəhayət beynəlxalq hüquqa riayət etməyə və beynəlxalq hüququn başlıca prinsiplərini qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün əsas kimi istifadə etməyə başlamalıdır. Yalnız bundan sonra Ermənistan yaxşı qonşuluqdan və regional əməkdaşlıqdan faydalanmağa başlayacaq.

Azərbaycan öz növbəsində suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik, regional inkişaf və əməkdaşlığa sadiq olaraq qalmaqdadır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi