xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Baş nazir MDB ölkələrini Ermənistanı pisləməyə çağırıb

6-11-2020, 14:54 59 dəfə baxılıb

Baş nazir MDB ölkələrini Ermənistanı pisləməyə çağırıb


“Ermənistandan fərqli olaraq Azərbaycan silahlı qüvvələri dinc əhali və müki obyektlərə hücum etmir. Onlar yalnız legitim hərbi hədəfləri məhv edirlər. Biz MDB-nin üzv dövlətlərini Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən Ermənistanın əməllərini pisləməyə çağırırıq”.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Müstəqil Dövlətlər Birliyinin Hökumət başçıları Şurasının iclasında söyləyib.

“Ermənistan münaqişəyə üçüncü dövlətləri, xüsusilə KTMT üzvlərini cəlb etmək və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək üçün öz ərazisindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərini vurmaqla Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa məcbur etməyə çalışır. Bir daha qeyd etmək istəyirəm ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş ərazisində aparılır. Həmçinin qeyd etmək istəyirəm ki, mülki təyyarə vasitəsilə Ermənistana Azərbaycanın işğal altında olan ərazilərinə göndərmək məqsədilə qaçaq yolla silah tədarükü gerçəkləşdirilir. Bu cür qeyri-qanuni əməllər Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və prinsiplərinə ziddir. Həmçinin Ermənistana müxtəlif ölkələrdən Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün muzdlular göndərilir”, - o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi