xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

KXCP-də nə baş verir? –ALİ MƏCLİSİN QADIN ÜZVÜNƏ HÜCUM EDİBLƏR

28-08-2019, 16:00 52 dəfə baxılıb

KXCP-də nə baş verir? –ALİ MƏCLİSİN QADIN ÜZVÜNƏ HÜCUM EDİBLƏR

Son günlər KXCP-də qəribə hadisələr baş verir. JAMAZ.İNFO xəbər verir ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev bir müddət əvvəl partiyanın rəhbəri Mirmahmud Mirəlioğlunu sərt tənqid edərək, onu bacarıqsızlıqda, sədr postunu mənimsəməkdə, hakimiyyətə qarşı mübarizədə passivlik göstərməkdə ittiham etmişdi.

Artıq bir neçə gündür KXCP-də başqa bir problem baş qaldırıb. Oqtay Güləliyev bununla bağlı Facebook hesabında məlumat yayıb ki, Mirmahmud Mirəlioğlu indi də gücünü qadınlara göstərir. “KXCP- nin Ali Məclisinin dünənki sessiyasında onun gətirdiyi adamlar Ali Məclis üzvü Nisəxanım Veliyevanı təhqir ediblər, vurmaq üçün ona hücum çəkiblər (!?). Mirəlioğlu isə tərəfdarlarının cəbhəçi xanıma hücümünu məmnunluqla seyr edərək susub. Sədrə və ona hücum edənlərə sözünü deyən xanım məclisi tərk edib”.

O qeyd edib ki, Nisəxanım Vəliyevanı cəzalandırmaq üçün Mirəlioğlunun Ali Məclisin sessiyasına dəvət etdiyi adamlardan biri (hücuma rəhbərlik edən- müəl.) nəinki Ali Məclisin, heç partiyanın da üzvü deyil. “Xeyli vaxtdır ki, Mirəlioğlunu və KXCP- ni təhqir edərək təşkilatdan gedib”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Nisəxanım Vəliyeva xeyli vaxtdır Mirəlioğlunun yarıtmaz, partiyaya və xalqa zidd faliyyətini, hakimiyyətlə əməkdaşlığını kəskin tənqid edib. “Dünənki sessiyada insidentin baş verməsinin səbəbi də bu olub. Görün, Mirəlioğlu nə günə qalıb ki, onu tənqid edənlərə cavab verməyə üzü yoxdur, cəsarəti çatmır. Digər tərəfdən nə günə qalıb ki, vaxtı ilə onu təhqir edən adamla ittifaqa girib xanımların üstünə hücum çəkir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi