xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Moskva Bəyanatı nəyi dəyişəcək? - 5 mühüm fakt

12-01-2021, 10:23 37 dəfə baxılıb

Moskva Bəyanatı nəyi dəyişəcək? - 5 mühüm fakt


Yanvarın 11-də Moskvada Prezident İlham Əliyev, Prezident Putin və Baş nazir Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir.
"Ölkə.Az" xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib.

O qeyd edib ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir:

“Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xətlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir.

Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır.

Çünki:

1) 30 il blokada vəziyyətində olan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranır ki, bu da muxtar respublikanın inkişafı, gediş-gəlişin asanlaşdılrılması, nəqliyyat xərclərinin kifayət qədər azaldılması və bütövlükdə Azərbaycanın anklav bölgəsi ilə bütövləşməsi deməkdir.

2) Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat dəhlizinin işə düşməsi Türkiyə ilə quru əlaqələrimizin yaranması deməkdir ki, nəticədə Türkiyənin Azərbaycan üzərindən türk dünyasına asan çıxışı təmin edilir və bu coğrafiya ilə birbaşa bağlantı əldə olunur.

3) Azərbaycan İpək Yolu marşurutu üzrə ikinci alternativ dəhliz qazanır. Bu dəhliz yüklərin daşınması baxımından ölkəmizin Gürcüstandan asılılığına son qoyur və daha qısa yol olduğundan nəqliyyat xərclərini azaldır və beynəlxalq bazarda rəqabət aparmaq imkanımızı xeyli yaxşılaşdırır.

4) Daqlıq Qarabağın Azərbaycana inteqrasiya prosesini sürətləndirir, bu mövzuda ölkəmizə qarşı ola biləcək mümkün təzyiqləri neytrallaşdırır və beynəlxalq aləmdə siyasi mövqeyimizi daha da gücləndirir.

5) Qalib tərəf kimi Ermənistanla gələcək sülh sazişinin milli maraqlarımıza uyğun şəkildə hazırlanması və imzalanması, xüsusilə, Cənubi Qafqazda təhlükəsziliyin və əməkdaşlığın təminatı üçün önəmli imkanlar yaradır”.metbuat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi