xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

“Qarabağa gəlirik, ermənilər təxribat törətsə...” - Türkiyəli general

5-01-2021, 09:52 61 dəfə baxılıb

“Qarabağa gəlirik, ermənilər təxribat törətsə...” - Türkiyəli general


"Tezliklə Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü Türkiyə sülhməramlılarının müşaiyətilə Qarabağda öz ata-baba torpaqlarına geri qayıdacaqlar”.
Bu fikirləri Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib.

Kürşat Atılgan deyib ki, Türkiyə hərbiçilərindən ibarət digər heyət də Azərbaycana gəlməyə hazırlaşır:

"İnşallah ən yaxın zamanda onlar Azərbaycana gələcəklər və Qarabağda xidmətlərinə başlayacaqlar.

Türkiyə hərbiçiləri də Rusiya sülhməramlıları kimi Qarabağda xidmət aparacaqlar. Əgər ermənilər Qarabağda təxribata cəhd edərsə, o zaman Türkiyə sülhməramlıları buna imkan verməyəcək. Çünki biz yaxşı bilirik ki, müharibəni uduzan Ermənistan Ordusu tamamilə məhv olmaq astanasında idi. Rusiya sülhməramlıları onları son anda xilas etdi.

Ancaq ermənilər də ağıllarını başlarına toplamalı və təxribatlardan əl çəkməlidirlər. Əks halda, Türkiyə və Azərbaycanın hörmətli rəhbərlərinin də dediyi kimi, bunun nəticələri onlar üçün daha sarsıdıcı olacaq. Türkiyə ədalətdən və sülhdən yanadır. Biz qardaş Azərbaycan kimi regionda daimi sülhün bərqərar olmasını istəyirik. Azərbaycan Ordusununun 2020-ci ildə qazandığı möhtəşəm Qarabağ zəfəri də bu sülhün bərqərar olması üçün zəmin yaratdı. Bundan sonra Ermənistan xalqı çalışıb normal qonşu və dost kimi yaşamağı bacarmalıdır”.

Türk general qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Qarabağdan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyona yaxın azərbaycanlı tezliklə öz evlərinə qayıdacaq:

"İnşallah bu qayıdış qardaş Türkiyə sülhməramlılarının müşaiyətilə reallaşacaq. Artıq azərbaycanlı qardaş və bacılarımız qaçqın deyillər, onların torpaqları azaddır. Qəhrəman Azərbaycan əsgərlərinin sayəsində onlar tezliklə öz doğma evlərinə qayıdacaqlar”.demokrat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi