xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Azərbaycanlı həkimdən koronavirusla bağlı açıqlama

8-09-2020, 10:11 235 dəfə baxılıb

Azərbaycanlı həkimdən koronavirusla bağlı açıqlama


Koronavirus infeksiyası haqqında hələ də dəqiq proqnoz söyləmək çətindir. Yoluxma ilə bağlı ölkəmizdə isə hələlik stabillikdir. Buna oxşar infeksiyalarda da yoluxma halları pik nöqtəyə çatdıqdan sonra azalma qeydə alınıb.
Bu fikirləri Azərbaycan Tibb Universiteti Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib.

O, qeyd edib ki, virusun mutasiyaya uğraması əsas şərtlərdəndir: “Virus mutasiyaya uğradığı halda xəstəlik yaratma qabiliyyəti zəifləyir”.

Kafedra müdiri bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də virusa görə karantin qaydalarında yumşalmalar tətbiq edilir: “Çünki yoluxmanın azaldığı təqdirdə qaydalarda yumşalmalar arzuolunandır. Bu yumşalmalardan sonra yoluxma sayının artmaması üçün diqqətli olmaq vacibdir. Çünki virus yox olmayıb. Gigyenik qaydalara ciddi əməl etməliyik”.
Rafiq Bayramov yaxın zamanlarda virusun mutasiya edərək zəifləməsinin gözlənildiyini bildirib: “Virus ya zəifləyib öldürücü qabiliyyətini itirəcək, ya da ona qarşı effektiv vaksin hazırlanacaq. İnandırıcıdır ki, yaxın zamanlarda biz bu halı yaşayacayıq və həyatımız normal məcrasına dönəcək”.

Rafiq Bayramov həmçinin effektli vaksinin hazırlanması ve kütləvi tətbiqi uçün vaxt lazım olduğunu da vurğulayıb: “Yaxın zamanda belə bir effetik vaksinin hazır olacağı ilə bağlı fikir söyləmək çətindir. Bəzən bildirilir ki, dekabr və yanvar ayına qədər vaksin hazır olacaq. Amma hələlik belə bir reallığı gözləmək üçün dəqiq söz söyləmək olmur”.

ATU-nun dosenti vurğulayıb ki, bu virus yeni olduğu üçün müxtəlif və bir-birini təkzib edən fikirlərin olacağı da normaldır.Teleqraf






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi