xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Koronavirus sonsuzluğa səbəb olurmu? — AÇIQLAMA

11-07-2020, 09:35 138 dəfə baxılıb

Koronavirus sonsuzluğa səbəb olurmu? — AÇIQLAMA


“Koronavirus xəstəliyinin sonsuzluğa səbəb ola biləcəyinə dair etibarlı məlumatlar hələ mövcud deyil”.

Bu sözləri Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Rossiya 24” telekanalında Nailə Əsgərzadə ilə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, həmin mövzuda bir neçə məqalə var. Lakin bunlar yalnız ilk elmi tədqiqatlarıdır.

M.Muraşko əlavə edib ki, koronavirusla sonsuzluq arasında əlaqəni iddia edən bəzi elm adamları artıq materiallarını yenidən nəzərdən keçirmək üçün geri götürüblər.

Nazir reproduktoloq, mama-ginekoloq və androloqların bu problemi diqqətlə öyrəndiklərini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl RF Səhiyyə Nazirliyinin Uşaq və gənc yaşlar üzrə baş mütəxəssis ginekoloqu Yelena Uvarova bildirmişdi ki, son zamanlar COVID-19-la əlaqəli, xüsusilə də kişilərdə sonsuzluq problemləri daha çox ortaya çıxır.

“COVİD-19-dan sağalan kişilərin spermasının keyfiyyəti 38 faiz azalır. Bizdə isə sözügedən məsələdə keyfiyyət məsələsi onsuz da problemli idi”, - deyə ekspert vurğulayıb.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi