Turan Klinikası -''Sağlamlığın Tək Ünvanı''
2-11-2023, 11:21
95 dəfə baxılıb
10 İldirki əhalinin sağlamlığı keşiyində duran Turan Klinikası Tibbin bütün sahələri ilə xidmətinizdədir.
Klinikanın Uşaq şöbəsi Terapiya və Ümumi Cərrahiyyə şöbəsi, Ən son Texnoloji avadanlıqlarla təmin olunmuş laboratoriya və Radioloji şöbə, müxtəlif müayinələr və müalicələr yüksək ixtisaslı həkimlər və tibbi personalın köməyi ilə həyata keçirilir.
Sağlamlığnızın etibarlı ünvanı Turan KlinikaYaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Turan Klinikası"-nin rəhbəri Xalid Əliquliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
"Turan Klinikası"-nin rəhbəri Xalid Əliquliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xalid Əliquliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xalid Əliquliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Turan Klinikası"-nin rəhbəri Xalid Əliquliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Turan Klinikası"-nin rəhbəri Xalid Əliquliyevdir.
"Turan Klinikası"-nin rəhbəri Xalid Əliquliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Xalid Əliquliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Xalid Əliquliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Xalid Əliquliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Xalid Əliquliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Xalid Əliquliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Xalid Əliquliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Xalid Əliquliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Xalid Əliquliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Turan Klinikası"-nin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Xalid Əliquliyev özünü doğruldub. Bizdə hörmətli Xalid Əliquliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
"Turan Klinikası"-nin rəhbəri Xalid Əliquliyev - Bu gün qürur hissi ilə söyləyə bilirik ki, son 20 il ərzində Ölkəmizdə hər bir sahə üzrə sürətli inkşaf hökm sürmüş, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunmuşdur. Necə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan 20 il bundan əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi, elə də oldu.
Bəli, bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Təsadüfi deyil ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir və böyük məna daşıyır. Azərbaycan ordusunun dünyada yaranmış bu imici təbii ki, üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb.
Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciəti tarixi bir çıxış idi. Bu müraciət 20 il əvvəl etimad göstərdiyi, inandığı, inandığı üçün də böyük səs çoxluğu ilə seçdiyi liderinin qədirbilən xalqına bir növ hesabatı idi. Necə ki, Prezident İlham Əliyev Ulu Öndərin Qəbri üstünə gəlib Şuşanın azad olunması haqqında hesabat verdi, ata vəsiyyətini yerinə yetirməyin xoşbəxtliyini yaşadı, eləcə də bu gün Azərbaycan xalqına 20 il əvvəl seçilən zaman verdiyi bütün vədlərin həyata keçirildiyinin hesabatı idi bu müraciət. Azərbaycan xalqı da bu xoşbəxtlikdən öz nəsibini aldı, Xankəndi şəhərində Dövlət Bayrağımızın dalğalanmasının qürurunu yaşadı. Həm də bu qaldırılan bayraq, Qalib Sərkərdənin Qarabağ salnaməsinin epiloqu, “Qarabağ Azərbaycandır” ifadəsinin “nida”sı oldu.
Möhtərəm prezidentimiz İlham Əliyevin 15 oktyabr tarixli Qarabağ səfəri bir daha gözlər önünə sərdi ki, biz təkcə torpaqlarımızı geri qaytarıb ərazi bütövlüyümüzü təmin etməmişik, biz həm də öz ləyaqətimizi bərpa etmişik.
Bunu Xankəndi şəhərində, Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması mərasimlərində bütün dünyaya nümayış etdirən dövlət başçımız həm də onu göstərdi ki, Azərbaycan xalqının doğma torpaqlara böyük köçü başlayıb, Azərbaycan Bayrağı Qarabağ səmasında artıq sonsuzadək dalğalanacaq, Azərbaycan xalqı sonsuzadək bu torpaqlarda yaşayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR