xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə... — ŞOK ARAŞDIRMA

21-10-2019, 10:07 95 dəfə baxılıb

Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə... — ŞOK ARAŞDIRMA

Almacıq sümüyünün üstündə yerləşən gicgahlarda yaranan ağrının bir çox səbəbi ola bilər. Ağrının başlıca səbəbləri arasında yuxusuzluq, balanssız qidalanma, stress, narahatlıq, yüksək təzyiq və həddən artıq üzüntü yer alır. Ümumiyyətlə də gicgah ağrıyanda ilk növbədə ağla miqren xəstəliyi gəlir. Tək tərəfli gicgah bölgəsindəki ağrıların səbəbi miqren ola bilər.
Gicgah ağrılarına səbəb olan amillərlə tanış edir.

Miqren Ağrısı

Xroniki xəstəliyin ilk əlamətləri işığa qarşı həssaslıqdır. Eyni zamanda səs və qoxu alma həssaslığı artır. Stress, hormonal pozğunluq, hava və yuxu dəyişiklikləri, bəzi yemək və içkilər də miqren ağrılarını şiddətləndirir.

Miqren əlamətləri qısaca belədir:

Bulanıq görmə;

Ürək bulanması və qusma;

Baş gicəllənməsi;

Zehin bulanıqlığı;

İşığa və səsə qarşı həddindən artıq həssaslıq;

Gərginlik nəticəsində yaranan baş ağrısı

Cəmiyyətimizdə gərginlik nəticəsində yaranan baş ağrıları artıq adiləşib. Bu ağrı başda ağırlıq, təzyiq və sıxıntı hissi ilə özünü göstərir. Diqqət və müvazinət çatışmazlığı, boyun və boyun ağrısı da gərginliyin ilk əlamətləridir.

Ağrıya təkan verən amillər

Stress;

Yuxusuzluq;

İş mühiti;

Müalicəsində sadə ağrıkəsicilər, əzələ yumşaldıcı və ya rahatlatıcı antidepressantlar istifadə edilə bilər. Bu xəstəliyin müalicəsində psixoloji terapiyalar və əzələ yumşaldıcı texnikalar istifadə edilir.

Sinusit baş ağrısı

Sinusit adətən miqrenlə qarışdırılır. Göz və burun ətrafında şiddətli ağrılar, həmçinin burun tıxanması da bu narahatlığın əlamətləridir.

Klaster baş ağrısı

Bu tipli baş ağrıları gənc yaşdakı kişilərdə daha tez-tez görünür. Xəstəlik ümumiyyətlə göz və tək tərəfli gicgahda çox şiddətli ağrılarla özünü göstərir. Ağrı birdən başlayır və birdən ağrı kəsilir.

Adətən ilin ilk ayları günün eyni saatlarında təkrarlayan, 1 saata qədər davam edən ağrılardır. Klaster baş ağrısından əziyyət çəkən xəstələrdə tərləmə və hiperaktivlik tipik bir haldır.

Klaster baş ağrısı əlamətləri qısaca belədir

Bir gözün yan tərəfində qızartı;

Baş ağrısının hiss edildiyi yerdə şişlik;

Göz qapaqlarının gücsüzləşməsi;

Baş ağrısının başı hərəkət etdirdikdə kəskinləşməməsi;

Hormonal miqren

Menstruasiya öncəsi - ortası -sonrası baş verən hücumlara hormonal miqren deyilir. Tipik miqren ağrıları və şişkinlik, əsəbilik, qarın ağrısı olur.

Xroniki baş ağrısı

Ayda 15 gündən çox müşahidə olunan baş ağrılarıdır. Bütün və ya yarım baş ağrısı, boyun-kürək ağrılarıdır. Yorğunluq, depressiya, aşırı duyğusallıq və üzüntü ilə özünü göstərir.

Gicgah ağrısı üçün təbii müalicə üsulları hansılardır?

Bəzən sağ gicgah ağrısı problemindən xilas olmaq üçün kifayət qədər yatmaq və ya qorxunu azaltmaq lazımdır. Ancaq sağ gicgah ağrısı problemini aradan qaldırmaq üçün digər üsullardan istifadə edə bilərsiniz.

Bitki yağlarının baş ağrılarına təsiri

Lavanda yağı;

Nanə yağı;

Çobanyastığı yağı;

Seçdiyiniz hər hansı yağı bir xörək qaşığı kokos və ya badam yağı ilə qarışdırıb sağ gicgah sümüyü üzərini masaj edin.

Gicgah ağrısına yaxşı təsir edən digər üsullar

Gicgah ağrısı problemini aradan qaldırmaq üçün faydalı ola biləcək başqa üsullar da var. Bu təbii müalicə üsulları aşağıdakılardır:

İlıq duş

İlıq duş əsəbləri rahatlaşdırır və baş ağrısının sakitləşməsinə köməkçi olar. Daha tez sağalmaq üçün suya bir neçə damcı lavanda yağı əlavə edərdiniz.

İsti və ya soyuq kompres

Sağ gicgah sümüyü üzərində isti və ya soyuq kompres sağ gicgah ağrısı probleminin aradan qaldırılmasında təsirlidir. İstilik gərginləşmiş əzələləri boşaldaraq baş və boyun bölgəsini rahatlaşdırır. Soyuqluq isə enflamasyonu azaldır.

Qəhvə və ya çay

Klaster tipli baş ağrıları və miqren ağrılarını qəhvə və çay içərək bir az yüngülləşdirmək mümkündür. Ekspertlər baş ağrısının adətən kofeinə cavab verdiyini bildirir.

Ağrıkəsici dərmanlar

Ağrı kəsici dərmanların yanaşı ibuprofenin təbii alternativlərini də istifadə edə bilərsiniz.
Gicgah ağrılarının hansı mərhələsində həkimə getmək lazımdır?

Başın tək bir tərəfdə hiss edilən ağrılar çox ciddi olmayan və həyatı təhlükə kəsb etməyən səbəblərdən qaynaqlanır. Bununla yanaşı sağ gicgah ağrısı əsasən miqren, yorğunluq və ya yetərsiz yuxu kimi amillərdən qaynaqlana bilər.

Digər tərəfdən, meningit, ensefalit və ya şiş kimi sağlamlıq problemləri tibbi müdaxilə tələb edir. Odur ki, sağ gicgah ağrısı ilə birlikdə aşağıdakı əlamətlər ortaya çıxdığı zaman bir həkimə getməyi təklif edirik.

Sağ gicgah ağrısı hissinin qəfil gəlməsi, danışan zaman üzdə uyuşma əmələ gəlməsi;

Sağ gicgah ağrısı ilə birlikdə boyunda sərtləşmə, qızartılar və qusma;

Travmadan sonra baş və ya boyun bölgəsində yüngül ya da şiddətli ağrı hiss edilməsi,

Sağ gicgah ağrısı ilə birlikdə görmə problemləri yaranması;

Baş ağrısının həftədə 3 gündən çox olması;

Sağ gicgah ağrısının ağrıkəsicilərlə yüngülləşməməsi;

Sağ gicgah ağrısının gündəlik aktivliyə təsir edəcək səviyyəyə çatması;

Cüt görmə;

Uyuşma hissi;

Danışmaq çətinliyi;

Baş qarışıqlığı;

Anidən gələn dözülməz ağrı.

Bu kimi hallar baş veribsə, mütləq qulaq burun boğaz mütəxəssisinə getməlisiniz.

Gicgah ağrısının səbəbləri nələrdir?

Yuxusuzluq;

Ac qalmaq;

Stress;

Narahatçılıq;

Yüksək təzyiq,

Hədsiz üzüntü;

Sinus iltihabları,

Diş qıcama;

Miqren;

Çənə oynaq problemləri.

Gicgah ağrıları varsa, hansı qidalardan uzaq durmaq lazımdır?

Aparılan tədqiqatlar göstərir ki, sulfid, nitrat, ya da mono sodium baxımından zəngin olan qidalar gicgah ağrısına səbəb olur. Təbii və işlənməmiş ərzaqlar baş ağrılarını azaldır. Ağrıya səbəb olan qidalar bunlardır:

Şokolad;

Ədviyyatlar;

Konservlər;

Çin yeməkləri;

Kolbasa və sosiska;

Şərab.

Bu qidaların istifadəsindən yarım saat sonra gicgah ağrıları özünü göstərəcək.

Gicgah ağrısını kəsən üsullar

Gicgahlara soyuq presləmə tətbiq edin.

Tərkibində parasetamol və ibuprofen kimi maddələr olan ağrıkəsiciləri istifadə edin.

Qaranlıq otaqda yatın.

Naharı qaçırmayın.

Hər gün eyni saatda yatın.

Kifayət miqdarda su için.

Məşq edin.

Gicgahlara alma sirkəsi qoyun.

Stressdən uzaq durmağa çalışın.

Gicgah ağrısını minimum səviyyəyə salmaq öz əlinizdədir. Bunun üçün stressdən uzaq olun, ürəyinizin səsini dinləyin. Bu, ağrıları azaltmaq üçün ən effektli profilaktikadır. Bəli, stress həyatın bir parçasıdır, amma onu idarə etməyi bilsəniz, gicgah ağrısı da daxil olmaqla müxtəlif sağlamlıq problemləri də yaşamayacaqsınız.

Bunun üçün sizi sakitləşdirən və xoşbəxt edəcək musiqi dinləyin. Xoşladığınız və ya sevdiyiniz işlərlə məşğul olun. Problemləri həll edərkən sakitliyinizi qoruyun, ya da mümkün olduğu qədər problemdən uzaq durun. Şükür hissinizi inkişaf etdirin. (milli.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi