xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Meymunçiçəyinə yoluxmalar artır: əksəriyyəti homoseksuallardır

27-05-2022, 16:00 57 dəfə baxılıb

Meymunçiçəyinə yoluxmalar artır: əksəriyyəti homoseksuallardır


Avropada son altı gündə meymunçiçəyinə yoluxmaların sayı təxminən beş dəfə artıb.

Xarici KİV xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, halların əksəriyyətini homoseksual gənclər təşkil edir.

Meymunçiçəyi virusunun daim mövcud olduğu Afrika ölkələrindən kənarda 219 yoluxma hadisəsi olub. Virus ilk dəfə bu xəstəliyin endemik olduğu qərb və mərkəzi Afrika ölkələrinə səyahət etməyənlər arasında yayılır.

Cinsi oriyentasiyasından asılı olmayaraq bir neçə partnyoru olanların daha çox risk altında olduğu da qeyd edilib.

Bu ayın əvvəlində meymun xəstəliyinin ilk dəfə görüldüyü İngiltərədə 71 xəstə, İspaniyada 51, Portuqaliyada 37, Kanadada 15 və ABŞ-da 9 xəstə aşkarlanıb. ECDC yoluxma riskinin "çox aşağı" olduğunu qeyd etsə də, təkcə Avropa İttifaqında yoluxma hallarının sayı mayın 20-dən bəri təxminən 5 dəfə artıb.

Xəstəliyin “yüngül” simptomlarla keçdiyi qeyd edilsə də, hələlik ölüm faktı qeydə alınmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi