"Unikal" klinika sağlam həyatınızın təminatçısıdır
16-05-2022, 14:02
253 dəfə baxılıb
Artıq Sumqayıtda yetərnicə tanınan Unikal klinikası sizə öz xidmətlərini təqdim edir.Şəhərimizin sakinlərinə xidmət edən klinikada Oftalmologiya,LOR,Kardiologiya,Terapevt,cərrahiyə,Travmotologiya,Laboratoriya,Nevropatoloq,USM,Ozonoterapiya,Fizoterapiya,Pediatriya,Urologiya,Stomatologiya,Kosmetologiya şöbələri fəaliyyət göstərir. Rentgen,USM aparatlar,kardioloji aparatlar kimi xidmətlərimiz sizin ixtiyarınızdadır.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sumqayıt şəhər Unikal Klinikası cərrah d.r Həsən müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Sumqayıt şəhər Unikal Klinikası cərrah d.r Həsən müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Həsən müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt şəhər Unikal Klinikası cərrah d.r Həsən müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sumqayıt şəhər Unikal Klinikası cərrah d.r Həsən müəllim - Torpaqlarımızın işğaldan azad edilməsi milli dövlətçiliyimizin xilası idi. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri ayrıca bir hadisəyə çevrilir. Ona görə ki, edilən səfərlər addım-addım illərllə həsrətində olduğumuz, xəyallarımızda qurduğumuz böyük qayıdışı reallaşdırır. May ayının 10 da təkcə Füzuli rayonunda bir sıra mühüm obyektlərin təməli qoyuldu. Bunların sırasında 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının və ildə 800 tələbə qəbul edə biləcək Peşə Liseyinin təməlinin qoyulması azad edilmiş ərazilərimizdə məskunlaşmanın və məşğulluğun təmin edilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Füzuli şəhərində yeni yaradılacaq Mərkəzi Park kompleksinin ərazisinin seçilməsi və orada Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse - prezident Mehriban Əliyevanın ağac əkməsi təkcə yeni parkın təməlinin qoyulması deyil həm də illərlə erməni vandallarının ekologiyamıza vurduqları zərərin dünyaya nümayiş etdirilməsi və Azərbaycanın bu barbarlığa cavab verməsi hadisəsi idi. Səfər çərçivəsində Şuşada tarixi abidələrimizin bərpa edilməsi, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən görülən işlər, mədəniyyət paytaxtımızın tarixi simasının bərpa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ziyalı mühitinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri, məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin restavrasiya edilməsi Heydər Əliyev Fondunun maddi-mədəni irsimizin bərpa edilərək yenidən xalqımıza qazandırlıması istiqamətində həyata keçirilən böyük işlərin davamıdır. Heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşadan məhz may ayının 10-da ulu öndər Heydər Əliyevin doğum günündə Azərbaycan xalqına müraciət etməsi dövlətçilik tariximiz və milli yaddaşımızın yenilənməsi baxımdan xüsusi məna kəsb edirdi. Çünki Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Torpaqlarımızın işğaldan azad edilməsi isə milli dövlətçiliyimizin xilas olunması idi. Məhz Prezident İlham Əliyev xalqımızın ümummilli arzusunu reallığa çevirən Müzəffər Ali Baş Komandan kimi, dövlətçiliyimizin gələcəyini təmin edən böyük siyasətçi kimi xalqımıza müraciət edərək keçdiyimiz bu zəfər yolunu Heydər Əliyev ideya və arzularının təntənəsi kimi qiymətləndirdi. Onu Azərbaycan dövlətçiliyinin banisi adlandırdı. Bu mənzərə qürurverici idi və hər bir azərbaycanlıda fəxarət hissi yaradırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR