xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Artan “qara kif” təhlükəsi üçün risk qrupunda olanlar açıqlandı

8-06-2021, 10:25 52 dəfə baxılıb

Artan “qara kif” təhlükəsi üçün risk qrupunda olanlar açıqlandı


Koronavirusdan sonra dünyanı indi də mukormikoz (“qara kif”) xəstəliyi təhdid edir. Elm adamları Hindistanda başlayan və artıq Misir, İraq, Pakistan, Rusiya, Banqladeş hətta Braziliya kimi ölkələrdə yayılan xəstəliyə qarşı risk qrupunda olanları açıqlayıb.
Bu barədə “Haber Global” xəbər verib.

Risk qrupunda olan insanlar arasında ilk yerdə diabet xəstələri durur. Elm adamlarının sözlərinə görə, mukormikoz zəif idarə edilən diabetlə güclü bir şəkildə əlaqədardır.

Qeyd edilir ki, bu infeksiya açıq yara yerindən, yaxud tənəffüs sistemi vasitəsilə orqanizmə girir, qan dövranına daxil olur, ürək, beyin və ağ ciyərlərlə yanaşı digər orqanlara da yayılır.

Bundan başqa “qara kif” immuniteti zəif olanlara, o cümlədən koronavirus xəstələrinə də təsir edir. Mütəxəssislər COVİD-19 xəstələrində steroid istifadəsinin bu xəstəliyin yayılmasına səbəb olduğunu bildirirlər. Həkimlər bu xəstəliyin inkişafının qarşısını almaq üçün xəstələrin 60 faizinin bir və ya iki gözünü çıxarmalı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi