xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 

Koronavirusa yoluxub sağaldığınızı testsiz necə bilmək olar? - ƏSAS ƏLAMƏTLƏR

19-04-2021, 15:00 80 dəfə baxılıb

Koronavirusa yoluxub sağaldığınızı testsiz necə bilmək olar? - ƏSAS ƏLAMƏTLƏR


Bütün ekspertlər bildirir ki, artıq dünya əhalisinin yarıdan çoxu Covid-19-a yoluxub, xəstəliyi gizli keçirib. Lakin çox insan bundan xəbərsizdir. Ona görə bəzi insanlar antitel analizi verdikdə, onlarda virusu keçirdikləri üzə çıxır.
Medicina.az xəbər verir ki, Oksford universitetinin alimləri bəzi əlamətlərə görə insanın koronavirus keçirdiyini bilməyin mümkün olduğunu açıqlayıb.

Belə ki, sonradan antitel analizi verib müsbət çıxan assipmtomatik xəstələr aşağıdakı simptomları keçirdiklərini, lakin bunun koronadan olduğunu bilmədiklərini etiraf edib.

Siz də bu simptomlara əsasən koronavirus keçirib-keçirmədiyinizi təxmin edə bilərsiz.

- Qarında ağrı, sancı

Koronavirusun əsas simptomlarından biri. Daha çox virus mədə ilə həzm yollarına düşdükdə, öskürəksiz xəstələrdə olur. Eləcə də ağciyərlərin aşağı payı iltihablaşanda qarın, mədə hissədə ağrı olur.

- Bir neçə gün ishal

Səbəbsiz və kəsilməyən diareya, ishal gözlənilmədən insanı yaxalayır. Qidalanması normal olsa da xəstə koronadan şübhələnməsə də bir neçə gün bununla mübarizə aparır.

- Gözlərdə irin, qızarma, konyuktivit

Gözlər ayrıca, müstəqil olaraq koronavirusa yoluxub, iltihablaşa bilər.
Elə bilməyin ki, gözünüzə nəsə düşüb, ya çirk edib. Bu sadəcə koronavirus ola bilər və bununla da bitər.

- Ağız dadının dəyişməsi

Ağızda dadın tam itməsi birbaşa simptom olsa da, ağızda qəribə tam yaranması və yeməklərdən zövq almama da koronavirusun oyunu ola bilər. Buna da fikir vermirlər.

- Səbəbsiz yorğunluq, halsızlıq

Əgər bir neçə gün və ya bir həftə səbəbsiz yorğunluq, halsızlıq, bədəndə süstlük hiss edib, heç bir test vermədiz, qızdırma olmadan sonradan düzəlmisizsə, bu da gizli keçirilmiş koronavirusun əlaməti ola bilər

Sizdə bu sadalananlardan bir və ya bir neçə əlamət yaxın bir neçə ayda baş veribsə, koronavirus barədə düşünməyə və ürəyinizdən keçərsə, son nöqtəni qoymaq üçün bir antitel analizi verməyə dəyər. Ola bilər ki, analizin cavabı sizi heyrətləndirsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi