xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Azərbaycanda bu şəxslərin vaksinasiyasına başlanılır

1-02-2021, 09:50 60 dəfə baxılıb

Azərbaycanda bu şəxslərin vaksinasiyasına başlanılır


Bu gündən Azərbaycanda yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır.
Qaynarinfo xəbər verir ki, peyvənd olunacaq 65 yaşdan yuxarı şəxslər risk qrupuna aid hesab edilir.

Qeyd edək ki, Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İlk növbədə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Səhiyyə işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət yüksək riskli əhali qrupuna aid olunduğu üçün 1-ci mərhələdə onların peyvəndlənməsinə qərar verilib.

İkinci mərhələ üzrə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər peyvənd olunacaqlar.

Eyni zamanda bu mərhələdə təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN Xidmət" və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları, provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin, bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi və yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvəndlənəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi