Rusiyalı tibb elmləri namizədi, terapevt Andrey Kondraxin koronavirusa yenidən yoluxmanın əsas səbəblərindən biri barədə danışıb.
O, bu barədə “Vechernaya Moskva”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, ən çox bu, COVID-19-u tam müalicə etmədikdə baş verir.
“Terapiyanı çox erkən dayandırsanız, xəstəlik həqiqətən geri qayıda bilər. Bundan əlavə, bir çox xəstəmiz xəstəxanaları ən qısa müddətdə tərk etməyi və simptomlar gedən kimi dərman qəbul etməyi dayandırmağı üstün tutur”, - deyə o bildirib.
Həkim xəstəxanadan çıxdıqdan sonra ağırlaşma ehtimalını azaltmaq üçün bir sıra şərtlərə riayəti, xüsusən də, həkimin evdə müalicə tələblərinə əməl etməyi tövsiyə edir:
“Bəzi dərmanlar var ki, onları bir ay içmək lazımdır. Onları sona qədər bitirmək çox vacibdir. İkinci məqam, qanı izləmək və xəstəxanadan çıxdıqdan iki həftə sonra ikinci bir test etməyi unutmamaqdır. Digər vacib şərt də üşüməməkdir”.
Əlavə olaraq terapevt bədəni fiziki fəaliyyətlə həddən artıq yükləməməyi, qan təzyiqini izləməyi, pəhrizdəki yağlı, ədviyyatlı, şirin və duzlu qidaları azaltmağı və ən azı bir ay alkoqoldan imtina etməyi tövsiyə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.