xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Baş infeksionistdən koronavirus XƏBƏRDARLIĞI

23-11-2020, 12:17 57 dəfə baxılıb

Baş infeksionistdən koronavirus XƏBƏRDARLIĞI


Bu gün biz mütəxəssisləri insanların COVİD-19-la bağlı qoruyucu tədbirlərə riayət etmə səviyyəsi qane etmir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, qapalı məkanlarda bu virusun yayılması üçün daha çox şərait var:

“Ancaq biz onu müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət etmə bir o qədər də kütləvi xarakter daşımır. İnsanlar onlara dəfələrlə deyilən sadə qaydalara riayət etməlidirlər.

Bu, qapalı məkanlarda xüsusilə olmalıdır. Çünki hazırda hava soyuduğundan biz otaqları qızdırıcı sistemlərlə isidirik və havalandırmırıq. Əgər hava dəyişdirilmirsə, təmaslar yaxın olursa, belə şəraitdə yoluxma ehtimalı daha çox olur".

Mütəxəssis deyib ki, qapalı məkanlarda, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta hündürdən danışdıqda da, virus hissəcikləri ətrafa yayılır:

"Ancaq bu hissəciklər daha kiçikdir, onların məsafə qət etməsi daha uzundur. Bu, o deməkdir ki, belə şəraitdə həmin hissəciklər daha uzun müddət havada qalaraq daha aralıda olan insanları yoluxdura bilər.

Buna görə də biz otaqları havalandırmaqla yanaşı, eyni vaxtda otaqda olan insanların sayını azaltmalıyıq.

Təsadüfi deyil ki, Nazirlər Kabineti yanında Operativ Qərargah da müəssisələrə, hətta özəl müəssisələrə də işçilərin sayını 30 faizədək azaltmağı tövsiyə edib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi