13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür
09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Cəmilə xanım Hüseynova: Ölkə Prezidenti cənab İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur
6-11-2020, 12:52
182 dəfə baxılıb
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Səhiyyə nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə instutunun Plastik və Rekonstruktiv cərahiyyə klinikası 2-ci cərahiyyə şöbəsinin müdiri Cəmilə xanım Hüseynovadur.
Plastik və Rekonstruktiv cərahiyyə klinikası 2-ci cərahiyyə şöbəsinin müdiri Cəmilə xanım Hüseynova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Cəmilə xanım Hüseynova bu işin müqəddəsliyini qoruyub saxlayır. Cəmilə xanım Hüseynova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Cəmilə xanım Hüseynovadan danışdılar yaxşı ki, Cəmilə xanım Hüseynova Azərbaycan Respublikası Səhiyyə nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə instutunun Plastik və Rekonstruktiv cərahiyyə klinikası 2-ci cərahiyyə şöbəsinin müdiridir… Cəmilə xanım Hüseynova öz isguzarlığı ilə tanınır və seçilir….
Cəmilə xanım Hüseynova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Azərbaycan Respublikası Səhiyyə nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə instutunun Plastik və Rekonstruktiv cərahiyyə klinikası 2-ci cərahiyyə şöbəsinin müdiri Cəmilə xanım Hüseynova - Ümumdünya qlobal böhranına çevrilmiş Covid-19 pandemiya hadisəsi xalqları və ölkələri gözlənilməz bəlaya düçar etmişdir. İnfeksiyanın yayılmasının qarşısı-nın alınması ucün vətəndaşların təhlükəsizliyinin təmin olunması, hər bir hökumətin həyata keçirdiyi məqsədyönlü və təxirəsalınmaz tədbirlərdəndir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır. Belə ki, Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Ölkə Prezidenti koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir. Türkdilli dövlət başçılarının və Qoşulmama Hərəkatı ölkələrinin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri, Dünya Bankı rəsmilərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn videokonfranslar beynəlxalq aləmdə böyük əks-səda doğurmuş, yüksək rəğbətlə qarşılanmışdır. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə pandemiya ilə mübarizə aparmağın Azərbaycan örnəkləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının təşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstək verilməsi müstəqil dövlətimizin həyatında çox əlamətdar hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleya-sının Xüsusi Sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına xeyli təkan verəcəkdir. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək, bu sahədə beynəlxalq inteqrasiyaya kömək edəcəkdir. Sessiya həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səylərini birləşdirməklə Covid-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq, bəşəriyyətin bu bəladan qurtarılması işinə öz təsirini göstərəcəkdir. Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və firavanlığı məqsədilə əhaliyə tibbi yardımın göstərilməsi sahəsində islahatlara yönəldilmiş müdrik siyasət, ölkə vətəndaşlarına tibbi yardımın və tibbi xidmətlərin yaxşılaşdırılması üzrə strateji proqram, həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən operativ tədbirlər müsbət nəticəsini verib. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər daima birbaşa Prezident cənab İlham Əliyevin nəzarətində olmuşdur. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, Covid-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Bu günədək ölkə ərazisində 5 modul tipli xəstəxana kompleksi istifadəyə verilmişdir. Hazırda ölkə ərazisində 5 modul tipli xəstəxana kompleksinin quraşdırılması davam etdirilir. Pandemiyaya qarşı mübarizə ilə bağlı dövlət başçısının gördüyü kompleks işlər təqdir olunmalıdır. Qeyd etməliyik ki, həyata keçirilən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq məqsədi daşıyır. Beynəlxalq miqyasda və ölkə daxilində dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə bir sırada Prezident İlham Əliyev həm də pandemiya dövrünün tələblərinə ciddi surətdə əməl etməyin əsl nümunəsini göstərir. Cənab Prezident ölkəmizin paytaxtı Bakı şəhərində və regionlarda keçirdiyi, iştirak etdiyi bütün tədbirlərdə özü maskadan istifadə etməklə, sosial məsafə gözləməklə bu işin məsuliyyətini və əhəmiyyətini əyani surətdə nümayiş etdirir. Dünyada, o cümlədən də Azərbaycanda koronovirusla mübarizənin çətin imtahanlarının yaşatdığı indiki məsuliyyətli günlərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət, dövlət başçısı kimi göstərdiyi şəxsi nümunə hər bir vətəndaş üçün ibrətamiz bir örnək olmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: