xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Xalq artistindən Mədəniyyət Nazirliyinə sərt sözlər — “Mənim başıma gətirilən fəlakətlər...”

12-05-2020, 12:45 74 dəfə baxılıb

Xalq artistindən Mədəniyyət Nazirliyinə sərt sözlər — “Mənim başıma gətirilən fəlakətlər...”


Xalq artisti Əli Nur Mədəniyyət Nazirliyi barəsində sərt fikirlər səsləndirib.
“Ölkə.Az”ın əməkdaşı ilə söhbətində o, üzləşdiyi haqsızlıqdan danışıb.

“O nazirlik tərəfindən başıma gətirilən müsibətləri, heç 1937-ci ildə represiyaya düşən insanlar yaşamayıb. Onlar hər zaman mənə qarşı düşmən mövqeyində olublar. 30 ildir Nazirlik tərəfindən təqiblərə məruz qalmışam, əziyyət çəkmişəm. Bu barədə artıq heç nə deyə bilmərəm. Hazırda Dövlət Təhlükəsizlik Xidməti bu işlə məşğuldur, bizə də əlavə söz demək düşməz. İnanıram ki, bütün fəaliyyətləri xırdalığına qədər araşdırılacaq və hamı layiqli cəzasını alacaq”,- deyə o, fikrini tamamlayıb.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirin müavini Rafiq Bayramov, Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov da olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi