xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

“20 yanvar – Qürur günü” filmi təqdim edildi - VİDEO

20-01-2026, 12:24 4 dəfə baxılıb

“20 yanvar – Qürur günü” filmi təqdim edildi - VİDEO


Ötən gün “Soy Production” istehsalı olan “20 yanvar – Qürur günü” qısametrajlı filmin təqdimatı keçirilib.

Tədbirdə millət vəkilləri Razi Nurullayev, Vüqar Rəhimzadə , Xalq artisti Mehriban Zəki və müxtəlif sənət nümayəndələri, şəhid ailələri iştirak edib.

Əməkdar artist Dilarə Əliyevanın təşəbbüsü ilə yaradılan ekran işini AI artist Sarvan Hüseyn ərsəyə gətirib. 19 yanvar gecəsi yaşananlar və sonrasını ələ alan filmin ssenari müəllifi isə Fariz

Əliyev, quruluşçu rejissoru Babək Sübhanidir.

D.Əliyeva bildirib ki, süni intellekt tariximizi, yaşadığımız faciələri və hadisələri gələcək nəsilə ötürmək üçün unikal vasitələrdən biridir. İrəliləyən zamanlarda istək və dəstək olarsa, daha böyük filmlərə imza atmağı düşünür.

“Filmin ərsəyə gəlməsində həmin gecənin şahidlərindən, şəhidlərin ailələrindən fikirlər aldıq.

Xronoloji ardıcıllığı, müxtəlif məkanlarda gedən mübarizəni fərqli şəkildə göstərməyə çalışdıq”.

Filmi ərsəyə gətirən Sarvan Hüseyn layihə üçün günlərlə yuxusuz qaldığını bildirib:

“Mənim də dayım şəhid olub. Ailələrin nə çəkdiyini bilirəm. Çünki bütün bunlar bizim evdə də yaşanıb. Bir vətəndaş olaraq mən də öz borcumu yerinə yetirib bu işi ərsəyə gətirdim”.

Xalq artisti Mehriban Zəki film haqda danışarkən bu sözləri dilə gətirib:

“Bunu heç kim Dilarədən istəməyib. O, bir vətəndaş olaraq təşəbbüsünü irəli sürüb və çox gözəl alınıb. Bu addımı üçün ona təşəkkür edirəm!”.

Millət vəkilləri Razi Nurullayev və Vüqar Rəhimzadə də D. Əliyevaya təşəkkür edərək, onun bu addımını alqışlayıblar. Deputatlar qanlı yaddaşımızın yaşadılması üçün bu cür filmlərin davamlı ərsəyə gəlməsini və dünya ictimaiyyətinə çatdırılmasının doğru addım olduğunu vurğulayıblar.

Qeyd edək ki, layihənin təqdimatı Nizami Kino Mərkəzində baş tutub. Hazırda film sosial şəbəkələrdə və yutubda onlayndır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi