xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

“Əli və Nino” filmi Macarıstanın paytaxtı Budapeşdə nümayiş edilib.

28-04-2019, 19:51 101 dəfə baxılıb

“Əli və Nino” filmi Macarıstanın paytaxtı Budapeşdə nümayiş edilib.



BEŞ.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, film Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə təqdim olunub. Ekran əsərinin təqdimat mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət və kino sahəsində fəaliyyət göstərən tanınmış şəxslər, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Macarıstandakı səfirimiz Vilayət Quliyev filmin süjet xətti barədə danışıb və əsərin müəllifi Qurban Səidin həyat və yaradıcılığı haqqında məlumat verib. Səfir filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodüserliyi, “Oskar” mükafatı laureatı Asif Kapadianın rejissorluğu ilə çəkildiyini qeyd edib, ekran əsərinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə işıqlandırdığını bildirib. Səfir deyib ki, filmdə Birinci Dünya müharibəsi fonunda Cənubi Qafqazda multikultural cəmiyyətdə gedən proseslər, Şərq və Qərb arasında kəsişmə nöqtəsi olan Bakının portreti, eləcə də 1918-1920-ci ildə Azərbaycanda baş vermiş real hadisələr öz bədii təsvirini tapıb.

Film izləyicilər tərəfindən maraqla qarşılanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi