xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Dadaşov təbrikləri qəbul etsə də, təyinatı təsdiqləmir

9-01-2020, 11:06 71 dəfə baxılıb

Dadaşov təbrikləri qəbul etsə də, təyinatı təsdiqləmir


Bir neçə gün əvvəl Xəzər TV-də rəhbərliyin dəyişilməsi ilə bağlı məlumat yayılsa da, hələ də bu barədə rəsmi açıqlama yoxdur. Mediada yayılan məlumatda qeyd olunurdu ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli vəzifəsindən azad edilib və onu Xalq artisti Murad Dadaşov əvəzləyib.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Murad Dadaşovla əlaqə saxlamaq istəsə də, o, telefonlara cavab verməyib. Sözügedən məlumatı iki gündür nə təsdiq, nə də təkzib edən var.

Maraqlıdır ki, Xəzər TV-də hər kəs yeni təyinatdan məlumatlıdır və dünən Dadaşovun “Xəzər Media Mərkəzi”nin kollektivi ilə görüşü gözlənilsə də, bu, reallaşmayıb. İddia olunur ki, Xalq artisti yaxın günlərdə rəsmi olaraq Xəzər TV-nin başına keçəcək.

Bundan əlavə, Azərbaycanın tanınmış şou-biznes nümayəndələri də sosial şəbəkədə Murad Dadaşovu təbrik ediblər. Dadaşova yaxın olan məşhurlar isə onunla birbaşa əlaqə saxlayaraq yeni təyinatı ilə bağlı uğurlar arzulayıblar. Aparıcı-aktyor isə xoş arzulara görə onlara təşəkkür edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi