xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

21-12-2020, 09:55 74 dəfə baxılıb

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”


27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımızdan biri də Göyçay rayon sakini, 20 yaşlı şəhid Elnur Əliyevdir.

Axar.az şəhidin ailəsindən reportaj hazırlayıb.

Elnur Ərəstun oğlu Əliyev 2000-ci il fevral ayının 10-da Potu kəndində dünyaya göz açıb. O,ilk təhsilini Nizami adına Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 2019-cu il dekabr ayının 16-dan başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə kiçik çavuş, xilasetmə taborunda manqa komandiri kimi çalışmağa başlayıb.

Şəhid anası Tahirə Əliyevanın sözlərinə görə, onun oğlu hərbi xidməti zamanı fərmanlar və təşəkkürnamələr ilə təltif olunub.

Vətən müharibəsi zamanı şəhid E.Əliyev böyük qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 6-da Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

“Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”, - deyə anası qeyd edib.

O, həm tarix yazdı, həm də şəhidlik zirvəsinə ucalaraq əbədi olaraq tarixdə qaldı.

Şəhid E.Əliyev 19 oktyabr 2020-ci il tarixində böyük izdiham ilə Göyçay Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı göstərdiyi böyük şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi