xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

“Bu gün atamın qəbri üstünə gedib, yüksək səslə qışqırdım ki...” – Məhəbbət Kazımovun oğlu

1-12-2020, 15:43 46 dəfə baxılıb

“Bu gün atamın qəbri üstünə gedib, yüksək səslə qışqırdım ki...” – Məhəbbət Kazımovun oğlu


Laçın adı gələndə ilk o yada düşür. Laçınım deyərək bu dünyadan əbədi köçən, yurd həsrətli sənətkar Məhəbbət Kazımov, ruhun şad olsun, Laçın indi azaddır.
"Kaş atam bu günləri görərdi, yeganə arzusu Laçını azad görmək idi”.

Bu sözləri Sfera.az-a açıqlamsında sənətkarın oğlu Rəşid Kazımov deyib:

"Hər kəs kimi mən də ümid edirdim ki, tez bir zamanda torpaqlarımız azad olunacaq. Mən indiyə qədər Laçını görməsəm də atam o torpağı mənə sözlərlə təsvir edib. Həmişə həvəsində olmuşam ki, Laçını görüm. Qiyabi də olsa Laçınavideomateriallarla, şəkillərlə səyahət etmişəm. Ancaq şükürlər olsun ki, artıq kiminsə çəkdiyi şəkillərdən yox, öz gözlərimizlə görüb, əllərimizlə o torpağına toxuna biləciyik”.

Rəşid Kazımovun yeganə təsəllisi atasının qəbri üstünə gedərək, yüksək səslə "Laçının azaddır, ata!” deməsi olub:

"Tək bizim ailə yox, bütün Azərbaycan təssüf hissi keçirdi ki, Məhəbbət Kazımov bu günləri görmədi. Atam son nəfəsində də Laçın dedi. İlk təssəlim atamın qəbrinin üstünə gedib "Laçın azaddır” demək oldu. Adi günlərdə də gedirdim, ancaq bu gün atamın ziyarətinə o şad xəbərlə getmək çox qürurlu idi. Şükürlər olsun ki, atama nəsib olmasa da, işğaldan azad olunmuş Laçında yaşamaq mənim qismətimdə var imiş. Odur ki, köçürülmə prosesini çox böyük səbirsizliklə gözləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi