xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Deputat: “Atabank” cinayətkar bank idi

1-05-2020, 12:48 107 dəfə baxılıb

Deputat: “Atabank” cinayətkar bank idi


“ATA Bank” cinayətkar bank idi, vəsaitləri xaricə köçürürüdü. Hesab edirəm ki, dövlət bu bankla bağlı ciddi işlər görəcək.
Bunu millət vəkili Vahid Əhmədov Hesablama palatasının ilik hesabatının müzakirəsi zamanı deyib.

İki bankın fəaliyyətinin bağlanması ilə bağlı məsələyə toxunan V.Əhmədov bildirib ki, mən ümumiyyətlə bankarın bağlanmasının yox, konsolidasiyasının tərəfdarıyam.

“Ona görə də hökumətdən və ölkə başçısından xahiş edərdim ki, bu məsələni gələcəkdə nəzərə alsın. Ümumiyyətlə, biz bank sisteminin sağlamlaşdırılmasını gözləyirdik, amma bunun əksinin şahidi olmaqdayıq”- o qeyd edib.

V. Əhmədov əlavə edib ki, dövlət bir iş görəndə xeyrilə ziyanı düşünməlidir.

“Bu gün bağlanan bankların əhaliyə olan borcu 850 milyon manat civarındadır. İndi bu vəsaitləri ödəməyi Mərkəzi Bank həyata keçirəcək. Mərkəzi Bank bu banklarla vaxtında bir araya gəlib, onlara 250-300 milyon manat dəstək göstərməklə vəziyyətdən çıxa bilməzdimi?

Mən “ATA Bank”ı nəzərdə tutmuram. Çünki bu bank cinayətkarlıqla məşğul olub, vəsaiti xaricə köçürməklə məşğul olub. Amma digər banklarda vəziyyət tamamilə fərqlidir. İndi neftin qiymətinin kəskin endiyi, koronavirusun tüğyan etdiyi bir dövrdə belə addıma atmaq yanlışdır. İndiki vəziyyətdə bankların bağlanmasındansa konsolidasiyası daha məqsədəuyğun olar”- deputat bildirib.

V. Əhmədov bank sistemində yaranmış vəziyyətlə bağlı olaraq bank rəhbərlərini Milli Məclisə dəvət edərək, mövcud durumu müzakirə etməyi zəruri hesab edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi