Azərbaycanda yarımqoşquların idxalı gömrük rüsumlarından azad edilməsi təklif olunur.
Bu, "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, istehsal tarixindən 7 ildən artıq müddət keçməyən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən təsdiqlənən qoşquların və yarımqoşquların idxalı 2027-ci il fevralın 1-dən 3 il müddətinə rüsumlardan azad olunması təklif edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.