xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 15:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

AAYDA icazə vermədi, ADSEA su xətti çəkdi: İki dövlət qurumu arasında qalmaqal

Bugün, 09:00 1 dəfə baxılıb

AAYDA icazə vermədi, ADSEA su xətti çəkdi: İki dövlət qurumu arasında qalmaqal


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Şuşada icazəsiz işlər apardığına görə məhkəməlik olub.

Lent.az xəbər verir ki, agentliyin strukturuna daxil olan müvafiq şöbə Yevlax-Xocalı-Laçın avtomobil yolunun 133-cü kilometrində, Qaladərəsi kəndi istiqamətində ayrılan yolda icazəsiz su xətti çəkib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları faktı aşkar etdikdən sonra işlər dayandırılıb. ADSEA-nın həmin şöbəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə) maddəsi ilə protokol tərtib edilib.

Məlumata görə, ADSEA-nın Qarabağda su xətlərinin çəkilməsi ilə məşğul olan aidiyyəti qurumu Qaladərəsi kəndində su xəttinin çəkilməsi üçün AAYDA-ya məktub ünvanlayaraq icazə istəyib. Lakin AAYDA həmin müraciətə mənfi cavab verib.

Cavabda qeyd olunub ki, qəza hallarının aradan qaldırılması istisna olmaqla, yenidən qurulan və ya təmir olunan avtomobil yollarının asfalt örtüyünün təmirlərarası müddətdə qazılmasına yol verilmir. Buna görə də ADSEA-ya su xəttinin alternativ üsullarla çəkilməsi tövsiyə olunub.

Məhkəmə araşdırmalar nəticəsində ADSEA-nın müvafiq qurumunun qanun pozuntusuna yol verməsinin tam sübuta yetirildiyi qənaətinə gəlib.

Məhkəmənin qərarı ilə ADSEA-nın sözügedən şöbəsi 3 000 manat məbləğində inzibati qaydada cərimələnib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi