xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 15:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Qanunsuzluq aradan qaldırıldı: Tarixi binanın qapısı bərpa olundu

Bugün, 12:32 1 dəfə baxılıb

Qanunsuzluq aradan qaldırıldı: Tarixi binanın qapısı bərpa olundu


Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən tarixi binanın giriş qapısının dəyişdirilməsi ilə bağlı yayılan görüntülərdən sonra məsələ ilə bağlı tədbir görülüb.

Musavat.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edildiyi təsdiqlənib.

Belə ki, binanın birinci mərtəbəsində yerləşən tarixi giriş qapısı sökülərək müasir şüşə konstruksiya ilə əvəzlənib.

Araşdırmanın nəticələrinə əsasən, tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpası təmin edilib.

Eyni zamanda, obyektin sahibinə tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə belə halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.

Qeyd edək ki, tarixi abidələrin qorunması yalnız aidiyyəti qurumların deyil, həm də hər bir vətəndaşın məsuliyyətidir. Memarlıq irsinin müasir konstruksiyalarla əvəzlənməsi şəhərin tarixi simasına vurulan zərbədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi