xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 15:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Onlar Azərbaycana təhvil verilə bilər? - SON DƏQİQƏ AÇIQLAMASI

Bugün, 11:40 1 dəfə baxılıb

Onlar Azərbaycana təhvil verilə bilər? - SON DƏQİQƏ AÇIQLAMASI


Ermənistanlı vəkil Ovanes Xudoyan bildirib ki, yeni konstitusiya layihəsində vətəndaşlıqdan məhrumetmə ilə bağlı müddəa hakimiyyətə siyasi təzyiq imkanı verməklə yanaşı, vaxtilə Qarabağda xidmət etmiş şəxslərin vətəndaşlıqdan çıxarılaraq Azərbaycana təhvil verilməsi riskini də yarada bilər. Onun sözlərinə görə, belə şəxslər Azərbaycan tərəfindən cinayətdə ittiham oluna bilərlər.

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a açıqlamasında sözügedən məsələyə aydınlıq gətirib:

“Ermənistanın 23 noyabr 2026-cı ildə ictimaiyyətə təqdim edilmiş yeni konstitusiya layihəsinin 24-cü maddəsində vətəndaşlıqdan məhrumetmə ilə bağlı yeni müddəa nəzərdə tutulur. Həmin müddəaya əsasən, konstitusiya quruluşunun əsaslarına və dövlət təhlükəsizliyinə qarşı cinayətlər törətmiş şəxslər qanunla müəyyən edilmiş hallarda məhkəmə qərarı əsasında Ermənistan vətəndaşlığından məhrum edilə bilərlər. Ermənistanın qüvvədə olan Konstitusiyasının 47-ci maddəsinin 5-ci hissəsi vətəndaşlıqdan məhrumetməni, 55-ci maddəsinin 2-ci hissəsi isə ratifikasiya edilmiş beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, Ermənistan vətəndaşlarının xarici dövlətə ekstradisiyasını qadağan edir. Təklif olunan dəyişikliyin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, vətəndaşlıqdan məhrum edilmiş şəxs ekstradisiya ilə bağlı xüsusi konstitusion müdafiəsini itirə bilər. Doğrudur, konstitusiya layihəsində konkret olaraq Azərbaycan ərazisində törədilmiş cinayətlərə görə şəxslərin ölkəmizə təhvil verilməsini nəzərdə tutan müddəa yoxdur. Amma yeni hüquqi mexanizm müəyyən şərtlər daxilində ekstradisiya qarşısındakı konstitusion maneələrdən birinin aradan qaldırılmasına imkan yarada bilər. Bu dəyişiklik Azərbaycan ərazisində hərbi cinayətlər, terror aktları və digər ağır cinayətlər törətməkdə, xüsusilə Xocalı soyqırımında iştirak etməkdə ittiham olunan şəxslərin ölkəmizə təhvil verilməsi baxımından əhəmiyyətlidir. Lakin bunun üçün təkcə konstitusiyanın dəyişdirilməsi kifayət deyil. Kimlərin, hansı cinayətlərə görə vətəndaşlıqdan məhrum edilə biləcəyi və yeni qaydanın keçmişdə törədilmiş cinayətlərə şamil olunub-olunmayacağı müəyyən edilməlidir. Eyni zamanda, beynəlxalq hüququn tələbləri, Ermənistanın siyasi iradəsi və iki ölkə arasında hüquqi əməkdaşlığın qurulması da mühüm rol oynayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi