xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 12:04 – Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR 

Mənzil bazarında "iyun boşluğu" — Ucuzlaşma olacaq

Bugün, 09:15 1 dəfə baxılıb

Mənzil bazarında "iyun boşluğu" — Ucuzlaşma olacaq


Tətil mövsümünün başlaması paytaxtın kirayə mənzil bazarında sükut yaratsa da, son illərin mənzərəsi əvvəlki dövrlərdən kəskin fərqlənir. Universitetlərin bağlanması ilə rayonlara üz tutan tələbələrin boşaltdığı evlər artıq bazarda gözlənilən ucuzlaşmanı təmin edə bilmir.

"Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, iyunun 15-dən etibarən hər il daşınmaz əmlak sektorunda, xüsusən icarə bazarında müəyyən dəyişikliklər başlayır.

"Bunun əsas səbəbi tələbələrin, yəni rayonlardan və regionlardan gələn tələbələrin şəhəri tərk etməsi ilə bağlıdır. Onlar qaldıqları mənzilləri boşaldırlar. Nəticədə iyunun 15-dən avqustun 15-nə qədər olan dövrdə bazarda müəyyən boşluq yaranır. Bu dövrdə daşınmaz əmlak fondunda, xüsusilə daha ucuz kateqoriyaya aid olan, aylıq icarəsi təxminən 500–600 manat civarında olan mənzillər daha çox boşalır. Təkliflərin artması səbəbindən bu aylarda icarə qiymətlərində adətən bir qədər enmə müşahidə olunur. Lakin son iki ildə vəziyyət dəyişib. Əvvəlki illərlə müqayisədə tələbələrin boşaltdığı evlərin sayı azalıb. Bunun səbəbi odur ki, avqust ayında yeni mənzil tapmaq daha çətinləşdiyi üçün bəzi tələbələr evləri boşaltmamağa üstünlük verirlər. Yəni onlar yay tətilinə getsələr də, həmin mənzilləri saxlayırlar".

Ekspert bildirib ki, təxminən tələbələrin 25–30 faizi belə davranır.

"Bu ona görədir ki, evləri təhvil verib sonra yenidən kirayələmək istəyəndə eyni mənzili daha yüksək qiymətə götürmək məcburiyyətində qalırlar və ümumiyyətlə uyğun ev tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən bəzi tələbələr əvvəlcədən kirayədə qaldıqları evləri saxlamağı daha məqsədəuyğun hesab edirlər. Daşınmaz əmlak bazarında yaranan bu qıtlığın əsas səbəblərindən biri də ucuz kateqoriyaya aid evlərin azalmasıdır. Şəhərin mərkəzi və ətraf ərazilərində bir çox köhnə yaşayış binaları sökülür. Məsələn, Bayıl, Sovetski, Kubinka, Nərimanov prospekti ətrafı, eləcə də Nəsimi rayonu kimi ərazilərdə vaxtilə çoxlu sayda belə evlər mövcud idi. Zamanla bu binalar söküldü və onların yerində pilot layihələr həyata keçirildi. Bu proses nəticəsində ucuz kirayə mənzillərin sayı getdikcə azaldı. Köhnə yaşayış fondunun azalması isə birbaşa olaraq bazarda qiymətlərin artmasına təsir göstərən amillərdən biridir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi