xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır

Bugün, 10:29 2 dəfə baxılıb

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır


Bakıda Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər artıq nəqliyyatın hərəkəti üçün bağlıdır. Məhdudiyyət sentyabrın 28-i saat 08:00-dək davam edəcək. Bağlanan ərazilərə giriş-çıxış yalnız “Yaşayış yerinə giriş icazəsi” olan şəxslər üçün mümkündür.

Bununla yanaşı, sakinlərin və sürücülərin rahatlığı üçün bəzi əsas yollar müəyyən saatlarda açılır. Sentyabrın 21 və 22-də bu yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək nəqliyyat üçün açıq olacaq. Sentyabrın 23-də isə axşam saatlarında yollar 20:00-dan 22:00-dək açıq olacaq.

Açıq olacaq əsas istiqamətlər arasında Salyan şosesi–Neftçilər prospekti, M. Lermontov küçəsi–İstiqlaliyyət küçəsi, S. Vurğun küçəsi–Bülbül prospekti, həmçinin Nizami və Puşkin küçələrinin kəsişməsi–Xəqani küçəsi istiqamətləri var. Tranzit dəhlizlərində parklanma, sərnişinlərin düşürülməsi və mindirilməsi qadağandır. Burada sürət həddi 50 km/saat müəyyən edilib.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi