14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
22-09-2026, 09:34
8 dəfə baxılıb
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış evin mətbəxində qeydə alınıb. Yanğın nəticəsində 2001-ci il təvəllüdlü Rəhimov Soltan Əflatun oğlu və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məmmədova Məhrəngiz Seymur qızı xəsarət alıblar. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: