xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

21-09-2026, 09:54 4 dəfə baxılıb

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?


Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq.

Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub.

Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kurs tələbələrini təhdid etdiyi əks olunmuşdu.

Paylaşımdan sonra ADMİU məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul edilib.

Universitetin açıqlamasında qeyd olunub ki, təhsilalanla ali təhsil müəssisəsi arasında bağlanan fərdi müqavilənin 2.3.3-cü bəndi və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları"nın 5.4-cü bəndinin "a" yarımbəndi - universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə - əsas götürülərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edilib.

Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib. Lakin aydın olub ki, Kənan Zindadil universitetdən 1 illik uzaqlaşdırılıb./Patrul.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi