xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Banklar hansı müştərilərə kredit vermir?

18-04-2026, 09:00 3 dəfə baxılıb

Banklar hansı müştərilərə kredit vermir?


Bankdan kredit almaq çoxları üçün sadəcə maliyyə əməliyyatı kimi görünsə də, əslində bu proses qarşılıqlı etibara əsaslanır. Maliyyə qurumları üçün kredit vermək yalnız vəsait ayırmaq deyil, eyni zamanda gələcək riskləri düzgün qiymətləndirmək deməkdir. Bu səbəbdən hər bir müraciət diqqətlə təhlil olunur və qərar yalnız rəqəmlərə deyil, daha geniş çərçivədə müxtəlif amillərə əsaslanır.

Bəs banklar hansı müştərilərə kredit vermir?

İqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirib ki, bank üçün əsas məsələ verilən kreditin vaxtında və tam məbləğdə geri ödənilməsidir. Məhz buna görə də kredit müraciətlərinə baxılarkən ilk olaraq şəxsin mövcud maliyyə vəziyyəti qiymətləndirilir:

“Bu zaman əsasən yaş faktoru, şəxsin hazırda işləyib-işləmədiyi, rəsmi gəlirinin olub-olmaması, eləcə də girov qoya biləcəyi əmlakının mövcudluğu kimi amillər nəzərə alınır. Şəxsin hazırda işləməsi ilə yanaşı, həmin iş yerində nə qədər müddətdir çalışdığı da mühüm meyarlardan hesab olunur. Eyni zamanda, müraciət edən şəxsin aktiv kredit öhdəlikləri də araşdırılır. Əgər mövcud kredit ödənişləri aylıq gəlirin 40-50 faizini keçirsə, həmin şəxsin kredit alma ehtimalı yoxdur. Banklar kredit tarixçəsinə də xüsusi diqqət yetirir. Əgər şəxs əvvəlki kreditlərini gecikdiribsə, faiz borcu yaranıbsa və ya məsələ məhkəmə predmetinə çevrilibsə, yenə də şəxsin kredit alması mümkünsüzdür. Belə şəxslər banklardan daha çox digər bank olmayan kredit təşkilatlarına müraciət edirlər. Həmin qurumlarda isə şərtlər fərqli olur".

"Böyük məbləğli kreditlər zamanı girov məsələsi də əsas şərtlərdən biridir. Şəxsin girov qoyduğu daşınar və ya daşınmaz əmlakın dəyərinin götürülən kredit məbləğini qarşılaması vacib hesab edilir. Zaminlik hallarında isə zamin olan şəxsin maliyyə vəziyyəti ayrıca qiymətləndirilir. Onun aktiv kreditlərinin olub-olmaması, kredit yükünün müəyyən limiti keçib-keçməməsi, gecikmə tarixçəsi, aylıq gəliri və digər göstəricilər nəzərdən keçirilir” – deyə iqtisadçı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi