xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA

13-03-2026, 16:00 5 dəfə baxılıb

Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA


Son zamanlar bank sektorunda müəyyən dəyişikliklər baş verir. Məsələn, bu günlərdə bir bank fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrilmişdi və bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 21-ə düşdü. Eyni zamanda Mərkəzi Bank tərəfindən açıqlanan şikayət statistikasında bəzi bankların ön sıralarda yer alması sektorda mövcud problemləri bir daha gündəmə gətirib.

Qeyd edək ki, Azərbaycanda daha iki bankın fəaliyyətini dayandıracağı barədə fikirlər səsləndirilir.

Maraqlıdır, belə olan halda həmin banklara kredit borcu olan vətəndaşların öhdəlikləri ləğv olunur?

İqtisadçı Rəşad Həsənov Oxu24.com-a açıqlamasında bildirib ki, bankların ləğv edilməs prosesi iki formada həyata keçirilə bilir:

“Bank idarəediciləri bankın fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə requlyator quruma müraciət edirlər və bu istiqamətdə qərar tələb edirlər. Bu halda planlaşma əvvəlcədən aparılır və borcların, əmanətlərin, depozitlərin hansı banklara satılması və ötürülməsi ilə bağlı qərarı bir çox halda bank idarəediciləri tərəfindən qəbul edilir. Lakin yuxarıdan qərar qəbul edilirsə, yəni requlyator qurum hər hansı bankın fəaliyyətinin dayandırılması və lisenziyasının geri çağırılması ilə bağlı qərar qəbul edirsə, bu zaman ləğvedici müəyyən olunur, ləğvedicinin qərarları əsasında bankın müştərilərinə münasibətdə borcların, əmanətlərin transef edilməsi baş verir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən idarə olunan proses çərçivəsində kreditlər hər hansı bank və yaxud banklar arasında bölüşdürülə, satıla və yaxud ötürülə bilər”.

İqtisadçının sözlərinə görə, hansı səbəbdən olursa olsun, bankın bağlanması haqqında qərarın qəbul edilməsi müştərinin öz kredit öhdəliyini yerinə yetirməməsi demək deyil:

“Çünki bankın ləğv edilməsi onun aktivlərinin öhdəlikləri üzrə istifadə edilməsi prosesinin başlanması deməkdir. Vətəndaşlardan kreditlər toplanır, bunlar bankın aktivləri hesab olunurlar, kredit portfeli vətəndaşlardan toplandıqca isə bankın öhdəlikləri, yəni onun öz kreditor və əmanətçilərinə münasibətdə öhədliklərinin yerinə yetirilməsi prosesi həyata keçirilir. Bir sözlə, bankın bağlanıb-bağlanmamasından asılı olmayaraq, vətəndaşlar kredit borclarını ödəməlidirlər, qanunvericilik bu istiqamətdə sərt tələblər müəyyən edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi