xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Neft bazarının diqqəti OPEK+ səkkizliyində: Qərar qiymətlərə ciddi təsir edəcək

8-09-2025, 09:00 9 dəfə baxılıb

Neft bazarının diqqəti OPEK+ səkkizliyində: Qərar qiymətlərə ciddi təsir edəcək


Bu gün OPEC+ razılaşmasının 8 üzv ölkəsinin nazirləri onlayn iclasda neft bazarındakı mövcud vəziyyəti müzakirə edəcək və gələcək hasilat siyasətinə dair qərar verəcəklər.

"Artıq müzakirələrin mövzusu qismən məlumdur. Belə ki, Bloomberg mənbələrinin verdiyi məlumata görə, OPEC+ sazişinin liderlərindən biri olan Səudiyyə Ərəbistanı bazar payını bərpa etmək üçün OPEC+ üzvləri tərəfindən neft hasilatının artırılması prosesini sürətləndirməyə çalışır.

Ər-Riyadın artıq digər üzvlərlə hasilatın artırılması məsələsini müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, səkkiz OPEC+ ölkəsi tərəfindən hasilatın azaldılmasına dair sutkada 2,2 milyon barrel olan məhdudiyyətlər aprel-avqustda tam aradan qaldırılıb. Gündə 1,65 milyon barel səviyyəsində olan digər məhdudiyətin 2026-cı ilin sonuna qədər aradan qaldırılması planlaşdırılsa da, Səudiyyə Ərəbistanının onun da vaxtından əvvəl qaldırılmasını, hasilatın daha sürətlə artırılmasını tələb etdiyi bildirilir.

Ötən həftəni qiymət düşməsi ilə başa vuran neft bazarı üçün hasilatın daha sürətli artımı qərarı ciddi neqativ effektə səbəb ola bilər. Xatırladaq ki, Brent markalı etalon neft həftəni 65,5 dollarla başa vurub ki, bu da həftəlik azalma deməkdir. Hazırda dünya bazarında neft artıqlığı olduğu bir şəraitdə OPEK+un hasilatı artırmaq qərarı qiymətləri 60 dollara qədər azalda bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi