xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?

20-06-2025, 09:43 1 dəfə baxılıb

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?


Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.

Bərbər, bənna, dərzi və digərləri. Bu cür onlarla peşə sahəsi var ki, öz gəlirlərini rəsmi qaydada göstərə bilməyənlər ipoteka krediti ala bilmirlər.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Vətəndaşlar "Elə insanlar var ki, gəlirləri var, amma rəsmi iş yeri olmadığı üçün kredit götürə bilmirlər", "Bu problemə görə insanların ev almaq arzusu fantaziya olaraq qalır" kimi fikirlər səsləndiriblər.

Məsələ ilə bağlı Kredit Zəmanət Fondundan bildirilib ki, yaxın gələcəkdə ipoteka kreditləri ilə bağlı hər hansı dəyişikliyin olması gündəmdə deyil:

"İpoteka krediti verilərkən əsas şərtlərdən biri vətəndaşın rəsmi gəlirlərinin olmasıdır. Ona görə də kreditin fərdi əməklə məşğul olan şəxslərə verilməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur".

Bəs rəsmi iş yeri olmadan əlavə gəlir yeri olanlara niyə ipoteka krediti düşmür? Şərtləri bir qədər sadələşdirmək olmaz?

Millət vəkili Vüqar Bayramov bildirir ki, bu, mümkünsüz deyil. Bir sıra inkişaf etmiş ölkələrdə ipoteka kreditlərinin verilməsində davranış modelindən istifadə olunur.

Daha ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi