xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İpoteka götürmək istəyənləri sevindirəcək XƏBƏR

5-12-2024, 13:22 6 dəfə baxılıb

İpoteka götürmək istəyənləri sevindirəcək XƏBƏR


Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Bu o deməkdir ki, növbəti il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyona manata çatacaq. Bu, həmçinin daha çox vətəndaşımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir.

Bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur:

"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə edilir. Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizlə 30 il müddətinə təklif olunur.

Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda, güzəştli şərtlərlə kreditlər portfelini də genişləndirir. Deməli, bu, daha çox vətəndaşımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir".

"İndiyədək fond tərəfindən 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur", - deputat əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi