xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Bu şərtlərdən 5 min insan yararlanacaq

6-02-2025, 10:08 6 dəfə baxılıb

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Bu şərtlərdən 5 min insan yararlanacaq


"Bu gündən etibarən ipoteka kreditlərinin alınması üçün müraciətlər mümkün olacaq. İpoteka və Kredit Zəmanət Fondu artıq 2025-ci il ərzində ipoteka kreditlərinin verilməsi üçün banklara ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq".

Bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 2025-ci ildə ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq: "Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur.

Bununla yanaşı, bu il yanvarın 21-də Fond 100 milyon manatlıq istiqrazlar emissiya edib. Bu vəsait adi ipoteka kreditlərinin verilməsi üçün istifadə olunur. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. 2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 87.7 milyon manatdan 100 milyon manata çatdırıldığı üçün bu il daha çox vətəndaşımızın ipoteka kreditlərindən yararlanacağı gözlənilir. Bu o deməkdir ki, 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək".

Deputat onu da qeyd edib ki, indiyədək fond tərəfindən 52 min 798 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 338 milyon manatdan çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi