xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Siqaret çəkənlərə PİS XƏBƏR – Qiyməti qaldırılır

27-12-2019, 11:33 76 dəfə baxılıb

Siqaret çəkənlərə PİS XƏBƏR – Qiyməti qaldırılır


“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Fərmanına uyğun olaraq ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcələri dəyişdirilib.

Turkustan.info bildirir ki, aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,4 manata artırılıb.

Digər yüngül spirtli içkilər üzrə aksiz dərəcəsi bir litr üçün 0,4 manat məbləğində müəyyən edilib. Konyak və konyak məhsullarıın hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endirilib.

Tütün məmulatları üzrə aksiz dərəcəsi hər min siqaret, siqarilla və tütün əvəzedici üçün 21 manatdan 31 manata qaldırılıb.

Enerji içkiləri üzrə aksiz dərəcəsi hər litri üçün 3 manatdan 3,1 manata qaldırılıb. / Trend/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi