Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşü (C&DM) keçirilir.
Panel iclasının keçirilməsində məqsəd iqlimə həssas ölkələrin prioritet məsələlərinin həlli üçün müxtəlif ölkələrin ekologiya və ətraf mühit nazirlərini bir araya gətirməkdir.
C&DM-də müşavirələr vasitəsilə tərəflər ən az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin prioritet ehtiyaclarını qarşılamaq üçün qərarlar qəbul edir, iqlim maliyyəsi məsələləri ilə bağlı qlobal müzakirələr çərçivəsində onların tələbatlarına uyğun tədbirlərin görülməsini təmin edir.
COP26 çərçivəsində nazirlərin birinci görüşü 2021-ci ildə Qlazqoda keçirilib.
Qeyd edək ki, oktyabrın 10-da Bakıda Pre-COP29 konfransı öz işinə başlayıb. Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyaların artırılması və iqlim fəaliyyətinə təkan” mövzusuna həsr olunub. Panel müzakirələri çərçivəsində COP29-da uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunur. Konfrans oktyabrın 11-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.