xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA

17-04-2024, 10:27 3 dəfə baxılıb

Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA


Son 15 ildə Rusiyada, ən azı, 3 böyük böhran olub. 2008-2009-cu illərdə rubl dəyər itirdi, iqtisadi aktivlik azaldı, gəlirlər düşdü, 2014-2015-ci illərdə kəskin böhran dalğası oldu, 2022-ci ildə sanksiyalar, müharibə, ölüm-itim təhlükəsi başladı. Lakin hər 3 böyük böhran dalğasında Rusiyadan Azərbaycana soydaşlarımızın geri köç dalğası baş vermədi, Qazaxstana, Orta Asiyaya, Ukraynaya (2008-2022 arası), Belarusa köçdülər, amma məmləkətə dönmədilər.

"Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, geri köçün olmamasının quru sərhədlərin bağlı olması ilə heç bir əlaqəsi yoxdur. 2008-2020-ci illər arası sərhədlər açıq idi, lakin köç olmadı:

"İndi bəzi söhbətlər gəzir ki, bölgəmizdə böyük müharibə olarsa və İran ciddi zərbələr alarsa, cənubdan böyük köç dalğası ola bilər. Quru sərhədləri məhz ona görə bağlı saxlayıblar - yenə məntiqsiz yanaşmadır. Müharibədən qaçanlara istənilən ölkə sərhədlərini açmalıdır. BMT qərarları, beynəlxalq hüquq var. Necə təsəvvür etmək olar ki, İrandan qaçanlara, Azərbaycan “pandemiyadır, karantin rejimidir, ona görə sərhəd bağlıdır” desin. Gələnlər cənublu qardaşlarımız, soydaşlarımız olsa, qapılar açılmalıdır".

Natiq Cəfərli qeyd etdiklərinə əsasən "sərhəd ona görə bağlıdır ki, Rusiyadan müharibədən qaçanlar gəlməsin, İran vurulsa, insan axınının qarşısı alınsın” tezisini inandırıcı və məntiqli görmədiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi