xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“TikTok”a nəzarət başlayır? - yüz minlərlə dollar, sui istifadə halları...

6-12-2023, 09:56 16 dəfə baxılıb

“TikTok”a nəzarət başlayır? - yüz minlərlə dollar, sui istifadə halları...


Azərbaycan seqmentində “TikTok” yayımlarında yüz minlərlə dollar dövr edir. Bəzi iddialara görə Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi sui istifadə halları var.

Bunu texnobloger Fərid Pərdəşünas son günlər qonşu Türkiyədə blogerlərə qarşı nəzarətin gücləndirilməsindən danışarkən deyib.

“Türkiyədə dəbdəbəli həyat tərzi ilə diqqət çəkən bloger, “influencer”lər uzun müddətdir nəzarətdədir. Artıq bir neçə cütlük çirkli pulların yuyulmasında iştirak etdiyinə görə həbs edilib. Adətən? hər hansı pul yumaq istəyən şəxs “influencer”ə çox böyük miqdarda rəsmi köçürmə edir. Daha sonra həmin “influencer” də aldığı ödənişin bir hissəsini ödəyənə geri qaytarır. Ortada çox böyük məbləğlərdən söhbət gedir.

Əlavə olaraq “TikTok” yayımlarında hədiyyə qarşılığında bədən əzalarını göstərən xanımlar da qanunla məsuliyyətə cəlb edilib. Dövlət orqanları bunu bədənini canlı yayımda satmaq olaraq mövqeləndirir. Bir məsələ də var ki, bədənin müxtəlif nahiyələrinin fotolarının “OnlyFans” da satılmasına görə “OnlyFans” da Türkiyədə bloklanıb. Türk xanımlar isə “OnlyFans”ın bloklanmasına görə hökümətə etirazlar edirlər.

Nəzərə almaq lazımdır ki, Azərbaycan seqmentində də “TikTok” yayımlarında yüz minlərlə dollar dövr edir. Bəzi iddialara görə Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi sui istifadə halları var”, - deyə F. Pərdəşünas bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi