xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ermənistandan təzminat tələbi: ziyan 100 milyard dollarlarla ölçülür

5-10-2022, 15:46 30 dəfə baxılıb

Ermənistandan təzminat tələbi: ziyan 100 milyard dollarlarla ölçülür


Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib. Dəymiş zərərin həcmi 1,3 trilyon avro olaraq müəyyən edilib. Hazırda daha çox müzakirə edilən məsələlərdən biri olan - Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə də təzminatının ödənilməsinin tələb edilməsinə gəldikdə qeyd etmək istərdik ki, Polşanın müraciətindən əvvəl də dünya təcrübəsində oxşar nümunələr olub. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da, bu, yüz milyard dollarlar ilə ölçülür.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Birinci və İkinci Dünya Müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb: "Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52,4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48,7 milyard dollarının ödənilməsinə artıq nail olunub".

V. Bayramov qeyd edib ki, Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan: "Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur".

"Bu baxımdan, dəymiş ziyanın məbləğinin hesablanması yekunlaşandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququna malikdir. Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Beynəlxalq hüquq məhz bunu tələb edir", - deyə millət vəkili əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi