xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ərəb turistləri Bakıda hansı ölkələrdən gələnlər əvəzləyəcəklər? - VİDEO

2-08-2022, 16:00 32 dəfə baxılıb

Ərəb turistləri Bakıda hansı ölkələrdən gələnlər əvəzləyəcəklər? - VİDEO


Bu ilin yay mövsümündə Azərbaycanda turistlərin sayında xeyli artım görünür.

Bəs turizm potensialının bərpa olduğu bu ildə ölkəmizə daha çox hansı ölkənin vətəndaşları üz tutur?

Mövzu ilə bağlı İTV-yə danışan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu ilin altı ayında 640 min xarici vətəndaşın ölkəyə səfər etdiyini deyib:
“Ötən illə müqayisədə bu göstərici 127 faiz çoxdur. Ümumiyyətlə, 2022-ci il turizmin bərpa ili kimi hesab edilir”.

K.Quluzadə pandemiya dövründə strategiyalarını dəyişdiklərini və satışdan çox təbliğatla məşğul olduqlarını qeyd edib.

Daha sonra K.Quluzadə bu il turistlərin cəlb olunması üçün təbliğatın aparıldığı ölkələrin adlarını sadalayıb.

“Bu ilin yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Hindistan və Pakistanda marketinq işləri aparılıb. Pandemiyanın nəticələrini və geosiyasi dəyişiklikləri nəzərə alaraq coğrafiyanı genişləndirmək qərarına gəldik. Bu il Azərbaycana gələn turistlər arasında ən çox Rusiya, İran və Türkiyə vətəndaşlarıdır. Bu ilin yeniliyi isə Səudiyyə Ərəbistanıdır. Bu da marketinq işlərinin nəticəsidir”.

Daha ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi