xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Rusiyadan aldığımız yeni qatarlar geri qaytarılıb? - RƏSMİ CAVAB

1-07-2021, 13:32 35 dəfə baxılıb

Rusiyadan aldığımız yeni qatarlar geri qaytarılıb? - RƏSMİ CAVAB


"Bakı Metropoliteni" QSC Rusiyadan Azərbaycana gətirilən yeni qatarların yolda vandalizmə məruz qalması və geri qaytarılması barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

Qurumdan verilən açıqlamada deyilir ki, 4 qatar Bakıya yola salınmazdan əvvəl metronun nümayəndələri onların texniki şərtlərə uyğun istehsal olunub - olunmadığını təftiş edib.

Hər hansı problem aşkar edilmədiyi üçün qatarlar səfərə hazırlanıb. İyunun 29-da 2 qatar, iyunun 30-da isə daha 2 qatar ölkəmizə yola salınıb. Hazırda qatarlar yoldadır və onlarla bağlı problem yoxdur. Ümumiyyətlə isə, qatarların saz vəziyyətdə çatdırılmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi