xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Xaricdən yeni avtomobil gətirənlərə ŞAD XƏBƏR

5-03-2021, 09:57 68 dəfə baxılıb

Xaricdən yeni avtomobil gətirənlərə ŞAD XƏBƏR


Avtomobil parkımız köhnədir. İstismar edilmiş nəqliyyat vasitələrinə vergi və rüsumları, aksiz dərəcələrini nə qədər artırsaq da qiymət və insanların alıcılıq qabiliyyətini nəzərə alaraq son dövrlərdə yeni nəqliyyat vasitələrinə deyil, istismar olunmuş avtomobillərə üstünlük verilir.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqində deyib.

O bildirib ki, ölkəmizdə avtomobil parkının təzələnməsi üçün yeni nəqliyyat vasitələri üzrə gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də benzinlə işləməyən vasitələrə üstünlük verilməsi ilə bağlı müəyyən layihələr müzakirə olunur:

“Ekoloji tarazlığı təmin etmək üçün istismarı beş ildən yuxarı olan nəqliyyat vasitələri Azərbaycana gətirilməməli və ya gətirillərsə çox yuxarı vergilər tətbiq olunmalıdır ki, onların ölkəyə idxalı azalsın. Minik avtomobilləri ölkəyə gətirilən zaman onların istismarı insanların sağlamlığına zərər verməməlidir. Bununla bağlı hansı qərar və tövsiyə olarsa müsbət yanaşırıq. Hökumətdə də məsələ ilə bağlı müzakirələr olub. Buna qarşı çıxmırıq, əksinə dəstəkləyirik ki, avtomobil parkımızı son 10 ildə yeniləmək mümkün olsun. Bununla bağlı çalışmalarımız var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi