xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Qurban Qurbanovun son xəbərdarlığından danışdı: Yollarımızı ayıracağıq, səhv edə bilmərəm

12-01-2026, 09:17 2 dəfə baxılıb



“Yayda Qurban müəllimlə görüşümüz oldu. O mənə dedi ki, bu cür davam edəcəksənsə, yollarımızı ayıracağıq. Bildirdi ki, “indiyə qədər sənə çox güvənmişəm. Amma bu millətə, bu azarkeşə qarşı səhv edə bilmərəm”.

Bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev "Qafqazinfo"ya müsahibəsində deyib.

"Qurban Qurbanova bildirdim ki, nə qədər uğur qazanmışamsa, burada sizin və ailəmin əziyyəti danılmazdır. Ona söz verdim ki, özümdə çox dəyişikliklər edəcəyəm. Həm futbolçu olaraq, həm psixoloji olaraq özümü növbəti matçlara hazırlayacağam. O da mənə güvəndiyini, yenə də inandığını dedi. Bəzi uğurlar var idi ki, onları Qurban Qurbanovla qazanmaq istəyirdim. Çempionlar Liqasında oynamaq istəyirdim. Məhz onun rəhbərliyi altında bunu bacardım", - o söyləyib.

Cəfərquliyev oyun cəhətdən yox, psixoloji vəziyyətdən əziyyət çəkdiyini bildirib: "Bugünkü gündə mən tamamilə dəyişmişəm və yəqin ki, bunu siz də görürsünüz. Heç zaman oyun cəhətdən əziyyət çəkməmişəm. Əziyyət çəkdiyim yer öz psixoloji durumum idi və bunu dəyişməli, sakit olmalı idim. Şükür olsun Allaha ki, futbolçu olaraq da, komanda olaraq da uğurluyuq. Qırmızı vərəqə aldığım vaxt evdə də narazılıq bildirirdilər. Gəlirdim və evdəkilər deyirdi ki, “Sən niyə belə edirsən?”, “Allahın sənə verdiyi şansa niyə təpik atırsan?” Xarakterimə görə geri düşdüyümü deyirdilər. Həmin vaxt “Qara zolaq”da idim və ailəm yanımda oldu. Atam mənə çox motivasiya verib və bunu uşaqlıqdan bəri edib. Səbirli, təmkinli olmağımı istəyirdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi