xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

“Erməni dedi ki, sənə baxıb, müğənni olmuşam” — Brilliant Dadaşova

29-08-2019, 10:29 92 dəfə baxılıb

“Erməni dedi ki, sənə baxıb, müğənni olmuşam” — Brilliant Dadaşova

"Amerikaya mükafat almağa gedəndə Sarastovda böyümüş, müharibə şəraitində olduğumuz qonşularımızdan biri mənə yaxınlaşdı və "Getmə gözəl yar" mahnısını oxudu. Sonra öz dilində "qurban olum, qadan alım" dedi. Rus dilində davam etdi ki, mən sizə baxıb, oxuyan olmaq istəmişəm. Bu sözləri müharibə şəraitində olduğumuz qonşularımızın nümayəndəsi dedi”.
Musavat.com xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova deyib.

“Sözüm var” proqramına qonaq olan ifaçı bəzi müğənnilərə də atmaca atıb:
“Fikirləşdim ki, səhnəyə çıxmayanlar bunları mənə deyirdi, sənə baxıb oxuyan olmaq istədik. Üç nəfər onları tanıyandan sonra, üzləri 180 dərəcə dönüb. Niyə, bilmirəm. Bəlkə sənətləri kimi özləri də cılız olduqlarına görədir. Amma mənə bunu etiraf edən müharibə şəraitində olduğumuz ölkənin nümayəndəsi idi. Söylədi ki, inşallah müharibə bitəcək, gəlib sizinlə duet oxuyacağam. Deyir, ölməmişdən öncə sizinlə duet oxuyacağam. Bu, Azərbaycan musiqisinin gücüdür. Dünyanı gəzirsən, bunları görürsən. Sonra Azərbaycanda bəzi şeyləri görəndə təəccüblənir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi